Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olundu -Fotolar
Tarix: 21-11-2024 | Saat: 18:51
Bölmə:Ölkə | çapa göndər
21 noyabr 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Partiya” mövzusunda tədbir keçirildi. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzüldü. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edildi.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandı. Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yoldan, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən də geniş bəhs etdi. A.Nəbiyev Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanımızın yeni – yeni qələbələr, uğurlar qazanacağına böyük əminliyini ifadə etdi.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, partiyanın yarandığı gündən ölkədə cərəyan edən bütün proseslərin mərkəzində olmasından ətraflı danışdı. Rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr tarixinin məhz, bütün uğurların, qələbələrin, möhtəşəm Zəfərin təməlinin qoyulduğu gün olmasını xüsusi vurğulayaraq, Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında həyatımızın bütün sahələrində əldə olunan uğurlardan da geniş bəhs etdi və tədbir iştirakçılarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə partiya fəallarından Bəsdi Ələkbərova, Aynurə Abbasova, Hamlet İlyasov, Aytac Bayramova, Cavanşir Rüstəm, Kazım Kazımlı çıxış etdilər . Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyasına həsr olunmuş şeirlər söylədilər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunnmuş gənc partiya üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edildi. Rayonun ictimai – siyasi həyatında fərqlənən fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2024