Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir
Tarix: 21-11-2024 | Saat: 14:48
Bölmə:Ölkə | çapa göndər
Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə “91-lər” kimi düşmüş bir qrup mütərəqqi düşüncəli ziyalılarımızın 16 oktyabr 1992-ci il tarixində Ümummilli Liderə ünvanladıqları mraciətlə cavabında demişir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Bu gün “91-lər”in müraciəti kimi tanınan həmin sənəd əslində, bütün Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi. Etiraf etmək lazımdır ki, məhz Ulu Öndərə müraciət edən həmin ziyalıların cəsarətli addımları nəticəsində ölkədə dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul olundu və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bundan başqa, konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil ölkənin tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Partiyanın təsis konfransından cəmi yeddi ay sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi və parlamentin sədri seçildi. 1993-cü ilin oktyabr ayında isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə Ölkənin Konstitusiyası qəbul edildi, dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. Sabitlik və inkişaf illəri kimi xarakterizə edə biləcəyimiz 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin nümayişi olaraq, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın sədri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Bu gün partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.Yeni Nizamnaməyə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Müasir dünyamızda güc faktorunun beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığını nəzərə alaraq YAP hakim partiya kimi öz siyasətini müvafiq əsasda qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Qeyd olunmalıdır ki, beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Həmçinin ötən illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib.
Hazırda ölkəmizdə Heydər Əliyev siyasi xətti və islahatlar kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu kursun ən bariz nəticəsi olaraq Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dörd il bundan öncə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə özünün ərazi bütövlüyünü bərpa edərək, 30 illik erməni işğalına son qoydu. Bu gün isə, Azərbaycan artıq öz ərazi bütövlüyünü və bütün ərazisində tam suverenliyini bərpa etmiş qalib ölkədir.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024