Mobil versiya
Ərdoğan özü açıqladı: İsrail prezidentinin Bakıya getməsinə icazə vermədik
Tarix: 20-11-2024 | Saat: 10:00
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan özü açıqladı:

"Türkiyə olaraq tək qalsaq da məzlumların yanında olmağa davam edəcəyik. Biz İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitinə getmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik."

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.

"Bakıya başqa yollarla gedə bilərlər. Amma biz onun Türkiyədən keçməsinə icazə vermədik. Artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik". deyə sonda əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə