Mobil versiya
Qarabağın bərpasına ayrılan milyardlar açıqlandı – 100 minə yaxın insan artıq bu ərazilərdədir
Tarix: 16-10-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Qarabağın bərpasına ayrılan milyardlar açıqlandı – 100 minə yaxın insan artıq bu ərazilərdədir



Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzurda hazırda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. O, Azərbaycanın son 22 ildə əldə etdiyi iqtisadi nəticələrdən və azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışıb.

Deputatın sözlərinə görə, son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb. Eyni müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 11 dəfə artıb.

Vüqar Bayramov bildirib ki, ölkənin dövlət ehtiyatları 2 milyard dollardan 90 milyard dollara yüksəlib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının böyümə tempi bu dövrdə qlobal iqtisadi artım göstəricilərini üstələyib.

Deputat Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına da diqqət çəkib. O qeyd edib ki, azad edilmiş ərazilərdə yaşayan, çalışan və təhsil alan 100 minə yaxın şəxsin təxminən 40 mini keçmiş məcburi köçkünlərdir.

“Yalnız dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 26 milyard manata yaxın vəsait ayrılıb”, – deyə Vüqar Bayramov vurğulayıb.

Onun sözlərinə görə, genişmiqyaslı bərpa və məskunlaşma işlərinin Azərbaycanın daxili maliyyə imkanları hesabına həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində işlər davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026