Mobil versiya
Lukaşenkodan hərbi rəhbərliyə təcili tapşırıq – Belarusda könüllü müdafiə dəstələri yaradılır
Tarix: 16-10-2026 | Saat: 22:39
Bölmə:Özəl | çapa göndər

Lukaşenkodan hərbi rəhbərliyə təcili tapşırıq – Belarusda könüllü müdafiə dəstələri yaradılır




Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə xalq könüllü müdafiə dəstələrinin formalaşdırılması və fəaliyyətinin genişləndirilməsi barədə hərbi rəhbərliyə tapşırıq verib.

Dövlət başçısı bildirib ki, bu addım mümkün müharibə şəraitində mülki əhalinin və yaşayış məntəqələrinin müdafiəsini gücləndirmək məqsədi daşıyır.

“Hər bir kənd şurasının ərazisində xalq könüllü dəstəsi olmalıdır. Bu, müdafiənin əsas nüvəsidir. Hərbi əməliyyatlar başlayarsa, həmin nüvənin ətrafında dəstələr daha da genişləndirilə bilər”, – deyə Lukaşenko vurğulayıb.

Belarus liderinin sözlərinə görə, belə bir sistem fövqəladə vəziyyətlərdə yerli müdafiə imkanlarının daha sürətli səfərbər olunmasına şərait yarada bilər.

Tapşırıq regionda davam edən hərbi-siyasi gərginlik fonunda verilib. Minsk rəhbərliyi bununla ölkənin ərazi müdafiəsi və daxili təhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyir.

Qeyd edək ki, könüllü müdafiə dəstələrinin genişləndirilməsi Belarusda hərbi əməliyyatların başlanması barədə qərar qəbul edildiyi anlamına gəlmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026