Mobil versiya
COP29 zamanı qidalanma ilə bağlı bütün işlər yekunlaşıb
Tarix: 08-11-2024 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

COP29 zamanı qidalanma ilə bağlı bütün işlər yekunlaşıb

Bakıda COP29 zamanı qidalanma ilə bağlı artıq bütün işlərimiz yekunlaşıb. Biz iki aydan çoxdur ki, işçilərin, podratçı şirkətlərin qidalanmasını təmin edirik. Artıq sınaq rejimindən keçmişik.

aia.az xəbər verir ki, bunu jurnalistlərə COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov deyib.

O qeyd edib ki, ərazidə qurulacaq yeni kofeşop və restoranların təmiri artıq bitib, bir çoxu hətta iş rejminə başlayıb, sınaqdan keçiblər və hazırda fəaliyyətlərini davam etdirirlər.

"Portal sifarişlərimiz oktyabrın əvvəlindən aktiv olunub, sifarişlərin böyük hissəsi keçib. Bütün hazırlıqlarımızı görmüşük. Biz 2 min nəfərə yaxın heyəti olan komandayıq. Noyabrın 11-ni səbrsizliklə gözləyirik.

Yaşıl zonada 56 satış nöqtəsi, iki böyük restoran, 28 kofeşop və isti çay satılan nöqtəmiz var, dünya mətbəxlərinin 24-dən çox qida satış nöqtələri var. Burada italyan, Hindistan, Avropa mətbəxinin satışları var. həmin qida satış nöqtələrində min kvadratmetrdən böyük bir sahədə bizim milli mətbəximiz də var. Milli təamlarımızı bütün gələn konfrans iştirakçılarına təqdim edəcəyik.

Ümumiyyətlə, konfrans ərzində qidaların böyük əksəriyyəti, 90 fazidən çoxu yerli məhsuldan ibarət olacaq. COP29 Əməliyyat Şirkəti olaraq tədbirin formatına uyğun olaraq xaricdən idxal olunan məhsullara çox az üstünlük veriləcək ki, bu da, eyni zamanda, karbon emissiyasının azaldılmasına öz töhfəsini vermiş olacaq.

Qida satış nöqtələrində qiymətlər bizim şəhər qiymətlərindən çox da baha olmayan, yəni onlara yaxın qiymətlərdir", - deyə o əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə