Mobil versiya
HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA İCTİMAİ FİKİR VƏ VƏTƏNDAŞ MÖVQEYİ MƏNZƏRƏSİNƏ NƏZƏRİ BAXIŞ
Tarix: 01-11-2024 | Saat: 15:02
Bölmə:Ölkə | çapa göndər

HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA İCTİMAİ FİKİR VƏ VƏTƏNDAŞ MÖVQEYİ MƏNZƏRƏSİNƏ NƏZƏRİ BAXIŞ

Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi
[email protected]


Məqalədə görkəmli pedaqoq Hüseyn Cavidin “Azər” adlı poemasında vətənə sevgi və möv¬hu¬mat¬¬çılığa nifrət hissi baxışları tədqiq-təhlil obyektinə çevrilmişdir. Əsərdə əsasən pe¬daqoji ideyalar üzə çı¬¬¬xa¬rıl¬mış, dövrün ictimai-siyasi və pedaqoji fikri kontekstin¬də təh¬¬lil edilmişdir. Qeyd edilir ki, Hü¬seyn Ca¬vid xalqı fanatizm girdabından qurtarma¬ğın yo¬¬lu¬nu elmin, təhsilin və idrakın for¬ma¬laş¬ma¬sın¬da gör¬müş¬¬dür. Müəyyənləşdi¬rilir ki, Hüseyn Cavid gənc nəslin yüksək əxlaqi keyfiy¬yət¬lər ruhunda tərbiyə edil¬¬mə¬si işin¬də əxla¬¬qı pis si¬fət¬lə¬ri tənqid etməklə kifayətlənməmiş, onlara vətənpər¬vərlik, hu¬manizm, dostluq, yol¬daş¬lıq, təva¬zö¬kar¬lıq, işgüzarlıq, mərdlik, mübarizlik kimi ən ali his¬slər aşı¬la¬ma¬¬ğı la¬¬zım bil¬miş, bu iş¬də məktəbin, ailə¬nin, ictimai mühitin roluna bö¬yük əhəmiyyət vermişdir. Hüseyn Cavidin “Azər” poe¬ma¬sındakı pedaqoji ideyalar, tə¬lim-tərbiyə ilə bağ¬lı fikirlər tədqiqatçı tərəfindən araş¬¬dırılmış və sistem¬¬ləş¬di¬ril¬miş¬dir.
Şəxsi həyat yolu və yaradıcılığı ilə Hüseyn Cavid mədəniyyət tariximizdə qabaqcıl bir maarifçi, elm, mədəniyyət carçısı və mütərəqqi fikirli ictimai xadim kimi tanınmış gör¬¬¬kəmli simalardan biridir. Yük¬sək mədəniyyətə malik, vətənpərvər, humanist, işgüzar, də¬¬rin düşüncəli pedaqoq və mədəniyyət xa¬di¬mi Hüseyn Cavidin həyat yolu, həmçinin, ya¬ra¬dı¬cı¬lı¬ğı gənc¬lərə bariz nümunədir. Hüseyn Cavid ya¬şa¬yıb fəaliyyət göstərdiyi mühiti, ictimai-si¬¬yasi ba¬xış¬larını və yaradıcılığının ideya mənbələrini digər əsər¬lə¬rin¬də olduğu kimi, “Azər” poe¬ma¬sında da sadə, aydın, səlis oxunaqlı bir dillə ümumiləşdirmişdir.
Hüseyn Cavidə görə, gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əməkçi insan¬¬la¬rı¬na, dilinə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını be¬¬lə və¬tən uğ¬runda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. O, yaradıcılığın¬¬da sa¬də¬cə tə¬¬rənnüm yolu ilə getməmiş, bu müqəddəs ruhun, hissin mahiyyətini araşdırmış, gənc nəs¬lə çat¬dır¬maq imkanlarını da göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çı¬xır: Bəs, Hüseyn Ca¬vid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı yolla get¬¬mişdir?
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
– deyən Cavid odlar diyarı Azərbaycanı özünün zəngin təbiəti, dumduru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh otları, çiçəkləri, gülləri, ağacları, nəhrləri, hətta kiçik su¬¬ları, gözəl ormanları, əmək¬¬sevər insanları ilə hər bir yeniyetmə və yaşlı oxucusunun gö¬¬zü qarşısında canlandırır.
Hüseyn Cavid “Azər” poemasında insanlığa məhəbbət ifadə edən humanizm hisslə¬¬rini də gənc nə¬sildə inkişaf etdirməyi mühüm məsələ kimi qiymətləndirirdi. Hüseyn Ca¬¬vid¬dən bir əsr yarım əvvəl yaşayan Jan Jak Russa dövrünün adamlarını insan olmağa ça¬¬ğı¬rır¬dı. De¬¬yirdi ki: “Ey adamlar! İnsan olun, bu sizin birinci vəzifənizdir”. Göründüyü ki¬¬mi, Ca¬vid də yetişməkdə olan nəsildə insanlığa xidmət etmək kimi mühüm insani hisslər oyat¬maq¬¬la yanaşı, həqiqət, doğruçuluq, düzlük, yaşamaq və yaşatmaq kimi yüksək əx¬¬¬laqi key¬¬¬fiyyətlər uğrunda mübarizə aparmağa çağırmış, bu keyfiyyətləri gənclərdə forma¬laş¬¬¬dır¬ma¬¬ğa, inkişaf etdirməyə çalışmışdır.
Əvət, insan olursa insanlar,
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər,
Bıraqıb kini, qurt qoyunla gəzər.
Hüseyn Cavid insanlığın təkcə təbliğat¬çı¬sı deyil, həm də özü bu ideyanın canlı daşı¬yıcısı ol¬¬muş¬dur. İnsanlara məhəbbət, xidmət Ca¬vi¬din həyat amalı olmuşdur. Bunu onun se第diyi mü¬¬əllimlik sənəti də sü¬¬but edir. Çün¬ki 30 ilə yaxın bir dövrdə fasilələrlə də olsa mü¬əl¬¬¬lim¬lik peşəsi ilə insanlara, onların mə¬nə¬vi sağ¬lam¬lı¬ğı¬na xidmət göstərmişdir.
Hüseyn Cavid əxlaqi sifətlərin formalaşmasında ailənin, məktəbin, müəllim və ictimai mü¬¬hitin rolunu yüksək qiymətləndirmişdir. Yaşadığı dövrdən və onun tərbiyə sistemin¬¬dən narazı olan və¬tən¬pər¬vər şair-müəllim xalqın mənəvi sıxıntılar dünyasında boğuldu¬¬ğu¬nu sadəcə seyr etməmiş, bundan çıxış yolu da axtarmışdır. Hüseyn Cavid “…İndi ma¬arif əsri, səa¬dət zəmanıdır. Hər millət öz hüququnun istər bə¬hasını” – de¬yə vətənin səa¬¬dəti və xalqın azadlığı, vətən övladlarının xoş gələcəyi ba¬rə¬sin¬də¬ki xe¬yir-xah arzularının bir gün həqiqətə çevriləcəyinə sonsuz inam bəsləmiş və bu inam onu mübarizə¬yə, istiq¬bala və nikbinliyə ruhlandırmışdır. Şair varlığını canından artıq sevdiyi doğ¬ma xalqının cə¬ha¬lət zəncirini qıraraq intibaha qovuşacağını, işıqlı gələcəyə doğru irəliləyəcəyini tərbiyə və təhsilin gü¬cün¬də axtarırdı.
Böyüməkdə olan gənc nəslin nəcib keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara lap aşağı yaş¬lar¬dan müsbət əxlaq, mədəni vərdişlər aşılamaq Hüseyn Cavidin ən mühüm ide¬¬¬ya¬la¬¬rından biri idi. Bu isə Hüseyn Cavidin gənclərə vətənin, xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid çırağı kimi baxmasından irə¬li gəlirdi. O, gələcəyin yüksək mədə¬niy¬yət¬li gənc qüv¬və¬lər, yeni inqilabçı qüvvələr vasitəsilə ya¬ra¬dı¬la¬ca¬ğı¬na inanırdı. Ona görə də həs¬¬sas qəlbli şair Vətən övladlarının tərbiyəsi ilə məşğul olmağı və onlardan gə¬ləcəkdə yük¬¬sək mə¬nə¬viy¬yatlı, saf əxlaqlı, xalqın, ana torpağın qeydinə qalan şəxslər yetişdirmək ki¬mi çə¬¬tin bir işi təxirəsalınmaz bir məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl bu işin çə¬¬tinliyi Cavidin ya¬şa¬dı¬ğı dövr və qeyri normal ictimai mühit ilə əlaqədar idi. O, elə bir şə¬¬raitdə yaşayırdı ki, bu zaman uşaq və gənclərin tərbiyəsi ilə məşğul olmaq, onlardan yük¬¬sək ideallı şəxs¬lər yetişdirmək bir o qədər də asan de¬yildi. Çünki istər-istəməz dövr və ic¬¬timai mühit bu işə mane olur, ya da öz mənfi təsirini göstərirdi.
Hüsyn Cavidin əsərlərində mübarizə, inqilab yolu ilə azadlıq və istiqlaliy¬yət qazanma¬¬¬ğa ça¬lışan fəhlə surətləri də öz əksini tapır. Cavidin dünyagörüşünün bu cür formalaşma¬¬¬sına tə¬sir edən amillərdən biri onun Bakını gəzərək fəhlələrin və eləcə də avara, sərgər¬¬¬dan gə¬zən¬lərin həyatı ilə yaxından tanış ol¬ma¬sı idi. Hüseyn Cavidin dünyagörüşündə əmə¬¬¬lə gələn müs¬¬bət meyllilik “Azər” poemasında daha aydın nə¬zərə çarpır. Bu əsərdən gör¬¬¬mək olur ki, şairi artıq Bakı fəhlələri ilə bərabər Avropa və Qərb fəh¬lə¬lə¬ri¬nin də həyatı ma¬¬¬¬raq¬lan¬dı¬rır.
Şərqin bir çoq ölkəsini bən gəzib də dolaşdım,
Çoq ellərə yanaşdım.
Orda insan sürüləri yığın-yığın məhv olur,
Ətməyini güc bulur.
Çoluq-çocuq ac-yalavac paçavraya bürünür,
Çöplüklərdə sürünür.
Aşçıların atdıqları kəmikləri qırarlar,
Bir az ilik ararlar.
O məhsullu Şərqin halı pək səfil…
Öylə yoqsul var ki, ot yeyib yaşar.
Fəqət burda yalnız insanlar deyil,
Tısbağalar belə eşqindən coşar.
Çoq düşündüm bunu dəmindən bəri,
Hər zevqi bir acı bəslər, düşünsən!
İştə Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.
Maarifpərvər mütəfəkkir “hər yara”nın, hər bir əksliyin yox olacağına inanır, hər cür ça¬tış¬maz¬lı¬ğa elmin son qoyacağına şübhəsiz ümid bağlayırdı. Məhz buna görə də o, bü¬¬tün cəmiyyətə elmə yi¬yələnməyi məsləhət görür və yazırdı:
Hiç məraq etmə, quzum, iştə para,
Sağalır elm ilə hər türlü yara…
Dedi: Get bilgi al, öyrən yarını...
Hüseyn Cavidin yaradıcılığında baş¬¬¬¬¬¬¬¬¬lı¬ca məq¬sə¬d möv¬¬¬humatı, sxo¬¬las¬¬¬¬tik təlimi tənqid et¬¬mək, ma¬arifi, elmi, azad¬¬¬¬lığı təb¬¬liğ et¬mək olmuşdur.
Cavid xurafatı, mövhumatı, mis¬tik əqi¬¬¬də¬ləri tən¬qid etməklə yanaşı, ayrı-ay¬rı nüfuzlu, an¬caq yalançı din xadimlə¬ri¬¬ni, avam ca¬ma¬atın mü¬qəddəs sandığı axund və şeyxlərin də rəzil və iyrənc si¬¬¬¬ma¬sı¬nı açıb gös¬tə¬rir. “Azər” poemasında “bi¬zi həp aldadıyor, aldadıyor” deyən şair xalqı təhqir edərək da¬nış¬ma¬ğa qoy¬ma¬yan, düz yol¬-dan azdıran “rövzəxan”¬¬ları, “təfriqəyə səbəb olan” mollaları tənqid atəşinə tutur. Bəhs olunan poemanın “Məs¬¬ciddə” adlı bir bölməsində Azər yalançı mollalara acı-acı gülür. Hökm ey¬lə¬mək, bəd əməl¬¬lər üzündən əllərinə fürsət düşərkən şadlanan, bu¬ndan gəlir mən¬bəyi, pul yığmaq vasi¬¬tə¬si kimi istifadə edən din təbliğatçılarının iç üzünü xalq ara¬sın¬da ifşa edir¬di. Xalqın ma¬ariflənməsinə, fi¬kir¬lərinin işıqlanmasına, mütərəqqi ideyaların yayılması¬na mane olan din xadimləri ilə apardığı mü¬ba¬ri¬zə¬dən bəhs edərək:
… - Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qadar da düz yol get.
Xalqa cənnət verib o dünyada,
Özün aludəsən bu dünyada.
Bizi qandırma; haq verib, haqq al,
Sən deyilsin namuslu bir baqqal.
Həp yalan sat da altun al, nə demək!?
Göz yaşından doğarmı huri, mələk.
Ən gözəl dindir iştə dini-həyat,
Başqa yol yoq, ya fənn, ya mövhumat!..
– deyən şair bu mübarizənin nə qədər çətin olduğunu duysa da (müasirləri Cəlil Məmməd¬¬¬¬¬qu¬lu¬za¬də, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və b. kimi¬¬) bu yoldan dönmür, onların bəd əməl¬¬lə¬ri¬ni açıq¬¬la¬yaraq, xalqı da bunl¬ara qarşı amansız olmağa çağırırdı.
Hüseyn Cavidin böyüklüyü ondadır ki, o, heç vaxt ifrat dolu dini mövhumata inanma¬¬mış, onları bir para “din dilənçiləri”nin gəlir mənbəyi hesab etmiş”, mək¬¬-təblərdə yalançı din və mövhumata yer ve¬ril¬məsinə birmənalı şəkildə etiraz etmişdir. Bu mə¬sə¬lə¬ni şair “Azər” poemasında məharətlə qələmə al¬mış¬dır.
Şimdi artıq sıra gəlmiş paraya,
Gümüş, altın birikib bir araya,
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altuna cənnət bucağı.
Qaldı Azər bu tuhaf “alverə” mat,
Acılar duydu içindən, heyhat!..
Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, çoq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Göründüyü kimi, şair istər dini məktəblərdə, istərsə də məscidlərdə və məbədlərdə “elm və fə¬zi¬lət” adı ilə xalqı aldadıb “əxlaq dərsi” verən bir “sürü meymun”ları, yalançı din dəllallarını kəskin tənqid edir və onları ifşa edirdi.
Hüsyn Cavid yaradıcılığında ağılla qəlb, dinlə idrak arasında yaradılmış süni uçurum¬lar¬¬¬dan do¬ğan əksliklər, sosial problemlər, despotizmin tənqidi, mövcud üsuli-idarənin ma¬¬¬hiyyəti, sxolastik təlimin məzmunundan doğan ağır nəticələr dərindən əks etdirilir, icti¬¬¬mai zülmə və sinfi bərabərsizliyə qarşı apa¬rı¬lacaq mübarizənin əhəmiyyəti qeyd edilir, ic¬¬¬¬timai zülmə elm və idrakın qüvvəsi ilə üstün gəlməyin müm¬künlüyü göstərilir. Cavid is¬¬¬¬təyirdi ki, məscidlər, məbədlər öz yerlərini kitabxanalara, məktəblərə ver¬s¬in, “fəzlü məri¬¬¬fət günəşi” parlasın, insanlar mədəniyyətə qovuşsunlar.
Gönlünüz cənnət istəyirsə əgər,
Şeyximiz başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cihanı həp süslər.
Şu sönük toprağın bulunmaz eşi,
Qurulur hər bucaqda cənnətlər.
O zaman qanlı, kinli qüvvətlər
Səni dəhşətləriylə inlətməz.
Şərəfin, bənliyin olub da hədər,
Ayaq altında çeynənib getməz!..
Fanatizmə, mövhumata qarşı sağlam ağıl, azad istedad, fərəhli həyat uğ¬run¬da müba¬¬¬¬rizəsilə Hüseyn Cavid Azərbaycan pedaqoji fikrinin inkişafında göründüyü kimi mühüm işlər gör¬¬¬müşdür. Bu ki¬mi münasibətləri heç nədən və heç kimdən qorxmadan amansız tən¬¬qid və if¬şa etməyin özü azər¬bay¬can¬çı¬lı¬ğa xidmət deyilmi?
Göründüyü kimi, Hüseyn Cavidin ehtiraslı təbliğatçılıq fəaliyyəti onun maarifpərvər ideyaları ilə sıx bağlı ol¬¬muşdur. Böyük sənətkarın maarifçilik görüşlərində elm, məktəb, sxolastik təlim, tədris və s. məsələləri əsas yer tutmuşdur.
Uzun illərdən bəri Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta mək¬təbin tək¬milləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da maarif¬¬¬pər¬vər şairin yaradıcılığına ve¬rilən yüksək qiymətdir. Ulu öndər Heydər Əliyev Hüseyn Cavid və Cavid irsi ilə bağlı belə deyirdi: “Hüseyn Cavid bizim üçün doğ¬-rudan da əziz¬¬dir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qo¬yub. Xal-qı¬mız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xal¬qı¬mız on¬dan istifa¬də edəcək.
Yekun olaraq qeyd edək ki, Hüseyn Cavid şərəf dolu ömrünün sonuna kimi ölümün gözünə dik baxmış, nikbin baxışlı bir şəxs olmuş, böyük arzularla yaşamış, gələcəyin səsini eşitmiş, qayəsiz, mə¬na¬sız ömür sürənlərə də acımışdır. “Azər” poemasında dedi¬¬¬¬yi kimi:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli…
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024