Mobil versiya
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
Tarix: 01-11-2024 | Saat: 12:32
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi

"Noyabrın 2-də İbrahim Tatlıseslə konsertim olacaq. 26 ildən sonra onunla yenidən birgə bir səhnəyə çıxacağam. Çox həyacanlıyam. Səhnəyə ayrı-ayrı çıxacayıq amma bu mənə ötən günləri xatırladır. Biz davamlı zəngləşirik, ünsiyyət saxlayırıq, danışırıq, gülürük".

AİA.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova İstanbulda gəzərkən araqüstü jurnalistlərin suallarını cavablayarkən deyib.

Sənətçi türk sənət musiqisinin "imperator"u İbrahim Tatlıseslə isti münasibətlərindən söz açıb:

"İbrahim bəy nömrəsini dəyişib. Mənə zəng edəndə bilmədim ki, odur. Tanımadığım nömrələri açmıram. Sonra yazdı ki, mənəm İbrahim bəy. Ondan sonra zəngləşdik. Dedim ki, mən nə bilim ki, bu sizsiniz. İbrahim bəy mənim atamdır. O bir ata olaraq mənə hər zaman dəstəkdir. Mənim də ona vəfa borcum var. Bax beləcə bizim sevgimiz davam edir".

Günel Tatlısesin ifaçı qızı Dilanla aralarında yaşanan qalmaqala bu sözlərlə münasibət bildirib:

"Mənim ailə mövzularına qarışmıram. Çünki bu onların ailə həyatıdır. Mən İbrahim bəyin oğlu İdo və qızı Dilanla birgə böyümüşəm və bizim tanışlığımız, ünsiyyətimiz var. Tək deyəcəyəm böyüklərə hörmət etmək lazımdır".

Müxbirin "Edis Asya Alizade ilə Azərbaycanı "Avroviziya"da təmsil etmək istədiyini vurğulayıb" sözlərinə Zeynalovanın cavabı belə olub:

"Biz iki dövlət bir millətik. Dinimiz və dilimiz birdir. Düşünürəm ki, iki qardaş ölkə olaraq çox gözəl və uğurlu bir proqram olar və orada qalib gələrik".

"Sizcə Edis Azərbaycanı "Avroviziya"da gözəl şəkildə təmsil edə bilər?" sualına Günel belə şərh bildirib:

"O çox uğurlu bir sənətçidir. Niyə də olmasın? Hamımız onun mahnılarını dinləyirik. Əgər kiçikdən böyüyə kimi onun mahnılarını insanlar əzbər bilirsə demək ki, o ifaçı uğurludur".

Müxbirin "Edis Azərbaycanı sizdə Türkiyəni "Avroviziya"da təmsil edərsiniz?" sualına Zeynalova "İnşallah, olar. Başqa bir şey söyləməyəcəyəm. Könüllər bir olsun uğur da gələr" cavabını verib.

"Çox arıqlamısınız" sözlərini eşidən ifaçı "Yaxında yox olacağam. 45 kilo çəkiyə düşmüşəm. Amma səhnə bunu tələb edir" reaksiyasını verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024