Mobil versiya
Qərbi Azərbaycanda qəbiristanlıqlarımıza qarşı SOYQIRIM
Tarix: 01-11-2024 | Saat: 12:04
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Qərbi Azərbaycanda qəbiristanlıqlarımıza qarşı

Qərbi Azərbaycan ərazisində xalqımıza aid 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əziz Ələkbərli deyib.

O qeyd edib ki, həmin ərazilərdəki üç qəbirstanlığın araşdırılması üçün hazırda iş aparılır: “Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir.

Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir.

Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir.

Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024