Ana Sayfa > Manşet / Siyasət / Parlament > Qərbi Azərbaycanda qəbiristanlıqlarımıza qarşı
Qərbi Azərbaycanda qəbiristanlıqlarımıza qarşı1-11-2024, 12:04. Yazar: sevinc1 |
Qərbi Azərbaycan ərazisində xalqımıza aid 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır. aia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əziz Ələkbərli deyib. O qeyd edib ki, həmin ərazilərdəki üç qəbirstanlığın araşdırılması üçün hazırda iş aparılır: “Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır”. Geri dön |