Mobil versiya
Qatarlara əlavə yükün keçirilməsinə şərait yaradılmalıdır – TƏKLİF
Tarix: 01-11-2024 | Saat: 11:23
Bölmə:Parlament | çapa göndər

Qatarlara əlavə yükün keçirilməsinə şərait yaradılmalıdır –

Azərbaycanda nəqliyyat infrastrukturu təkmilləşdilir, Gəncəyə də müasir qatar reysi fəaliyyət göstərir, ancaq bəzi texniki məsələlər var ki, bunu həll etmək zəruridir.

aia.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, texniki problemlərdən biri odur ki, sərnişin qatara yalnız 23 kq baqaj yükü keçirməsinə icazə verilir.

“İkinci çantanı daşımağa icazə vermirlər. Bu da sərnişinlər arasında narazılıq yaradır. Çox xahiş edirəm ən azından ödənişli əsaslarla ikinci baqajı keçirmək imkanı yaradılsın. Bundan əlavə dəmir yollarında xüsusi gözləmə zallarında yalnız VİP bilet alanların gözləməsinə icazə verilir. Digər bilet alanlarında gözləmə zalından istifadə etməsinə imkan yaradılması yaxşı olardı”, - deyə deputat əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024