Mobil versiya
Rusiyada daha bir general rüşvətə görə həbs edildi
Tarix: 28-10-2024 | Saat: 14:35
Bölmə:Dünya | çapa göndər

Rusiyada daha bir general rüşvətə görə həbs edildi

Rusiya İstintaq Komitəsi Silahlı Qüvvələrin Baş Rabitə İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Oqloblinə qarşı cinayət işi açıb.

aia.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, Oqloblin dövlət müdafiə sifarişinin icrası zamanı xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Müstəntiqlərin fikrincə, 2016-2021-ci illərdə general-mayor Perm Telefon Zavodu Telta ASC-nin nümayəndələrindən 10 milyon rubldan çox məbləğdə rüşvət alıb. Müəyyən edilib ki, Oqloblin Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün rabitə vasitələrinin tədarükünə çoxmilyonluq dövlət müdafiə sifarişinin icrasında ümumi himayədarlıq edib. İstintaqın tələbi ilə 235-ci Qarnizon Hərbi Məhkəməsi general-mayoru həbs edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə