"Yaxın Şərq genişmiqyaslı müharibə astanasındadır" - Putin
Tarix: 24-10-2024 | Saat: 13:11
Bölmə:Dünya / Manşet | çapa göndər
Yaxın Şərq genişmiqyaslı müharibə astanasındadır.
aia.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən “BRICS+/outreach” sammitində çıxışı zamanı deyib.
"Əksəriyyəti mülki şəxslər olan 40 mindən çox insan artıq Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub", - Rusiya lideri bildirib.
O əlavə edib ki, Qəzzada başlayan hərbi əməliyyatlar Livana da yayılıb: "İran-İsrail qarşıdurmasının temperaturu kəskin şəkildə yüksəlib. Bütün bunlar zəncirvari reaksiyaya bənzəyir və Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına qoyur".
Putin vurğulayıb ki, İsrail-Fələstin münaqişəsinin həlli İsraillə dinc yanaşı yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə olmalıdır: "Fələstin xalqına qarşı tarixi ədalətsizliyin aradan qaldırılması Yaxın Şərqdə sülhün təminatına çevrilə bilər. Nə qədər ki, bu məsələ həll olunmayıb, şiddətin amansız zəncirini məhv etmək mümkün olmayacaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024