Mobil versiya
Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb
Tarix: 21-10-2024 | Saat: 15:27
Bölmə:Dünya | çapa göndər

Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb

ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

aia.az xəbər verir ki, şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi ABŞ-nin İllinoys ştatında fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilib.

Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı “The Daley Center”də dalğalanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024