Mobil versiya
Fətullah Gülən öldü - YENİLƏNİB
Tarix: 21-10-2024 | Saat: 13:21
Bölmə:Manşet / Dünya | çapa göndər

Fətullah Gülən öldü -

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.



****

Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin dünyasını dəyişdiyi bildirilir.

aia.az xəbər verir, Gülənin ölüm xəbərini ona yaxın olan Herkül saytı yayıb.

Məlumata görə, Fətullah Gülən aparıldığı xəstəxanada dünyasını dəyişib.

Herkul saytının sosial media hesabından edilən açıqlamada bildirilib ki, dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.

Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarından açıqlayıb./Bakıvaxtı.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024