Mobil versiya
Bayden İsrailin İrana nə vaxt hücum edəcəyindən məlumatlıdır
Tarix: 19-10-2024 | Saat: 14:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden İsrailin İrana nə vaxt hücum edəcəyindən məlumatlıdır

ABŞ prezidenti Co Bayden İsrailin İranın 1 oktyabr raket zərbələrinə gözlənilən cavabı ilə bağlı təfərrüatlara malik olduğunu, lakin bunları açıq şəkildə paylaşmaqdan imtina etdiyini bildirib.

aia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Jurnalist Baydendən İsrailin hücuma cavab olaraq nə edəcəyini və bunun nə vaxt baş verəcəyini soruşub.

"Bəli və yenə bəli" deyə Bayden cavab verib.

Rəsmi Tehran ABŞ prezidentinin bu açıqlamasına bir qədər sonra cavab verib.
İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, belə bir hücumun vaxtı barədə məlumatlandırılan və ya onun həyata keçirilməsinə yardım edən hər kəs məsuliyyətə cəlb olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə