Mobil versiya
"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"
Tarix: 20-12-2016 | Saat: 21:18
Bölmə:Siyasət | çapa göndər

"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"








Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik.
Aia.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib ki, bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər:

"Türkiyə-Rusiya münasibətlərinin normallaşaraq əvvəlkindən də irəli getməyə başladığı və Moskvada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün təşkil ediləcəyi bir dönəmdə bu mənfur hücumun edilməsi düşündürücüdür. Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik".

E.Özoral bildirib ki, bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi: "Türkiyə Rusiya və bütün digər tərəfdaşları ilə birlikdə terrorizmlə qətiyyətlə mübarizə aparmağa davam edəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024