Mobil versiya
Hikmət Hacıyev: Yeni regional təhlükəsizlik arxitekturası qururuq
Tarix: 17-04-2026 | Saat: 21:38
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev: Yeni regional təhlükəsizlik arxitekturası qururuq


"Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur".

aia.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.

"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:

"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".

H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.

"ABŞ-İran gərginliyi, eləcə də Rusiya-Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026