Arda Turan futbol tarixinə düşdü
Tarix: 17-04-2026 | Saat: 21:11
Bölmə:İdman | çapa göndər

Arda Turan Avropa kuboklarında yarımfinala yüksələn türkiyəli baş məşqçilərin siyahısına daxil olub.
aia.Az xəbər verir ki, “Şaxtyor Donetsk”in baş məşqçisi olan Arda Turan UEFA Konfrans Liqasında komandasını yarımfinala çıxarmaqla bu uğura imza atan 5-ci türkiyəli mütəxəssis kimi tarixə düşüb.
Bununla da o, Avropa arenasında son dörd mərhələyə yüksələn məşqçilər sırasında Adnan Süvari, Mustafa Dənizli, Fatih Terim və Aykut Kocamandan sonra yer alıb.
Məlumata görə, siyahıda yer alan ilk dörd məşqçi bu nəticəni Türkiyə klubları ilə əldə edib. Arda Turan isə “Şaxtyor Donetsk”lə yarımfinal görən ilk türkiyəli baş məşqçi kimi fərqlənib.
Qeyd edək ki, Adnan Süvari 1968/1969 mövsümündə “Göztəpə”, Mustafa Dənizli 1988/1989 mövsümündə “Qalatasaray”, Fatih Terim 1999/2000 mövsümündə yenə “Qalatasaray”, Aykut Kocaman isə 2012/2013 mövsümündə “Fənərbağça” ilə Avropada son dördlüyə yüksəlmişdi.//musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026