Ana Sayfa > Siyasət > "Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"
"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"20-12-2016, 21:18. Yazar: admin |
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik. Aia.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Diplomat qeyd edib ki, bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər: "Türkiyə-Rusiya münasibətlərinin normallaşaraq əvvəlkindən də irəli getməyə başladığı və Moskvada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün təşkil ediləcəyi bir dönəmdə bu mənfur hücumun edilməsi düşündürücüdür. Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik". E.Özoral bildirib ki, bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi: "Türkiyə Rusiya və bütün digər tərəfdaşları ilə birlikdə terrorizmlə qətiyyətlə mübarizə aparmağa davam edəcək". aia.az Geri dön |