Rəqəmsal iqtisadiyyatın ətraf mühitə təsiri getdikcə artır
Tarix: 17-10-2024 | Saat: 15:03
Bölmə:Manşet / Siyasət | çapa göndər
Müsahibimiz Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur
- Tahir müəllim, məlum olduğu kimi, ölkəmiz gələn ay BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi edəcəkdir. COP29-a hazırlıq çərçivəsində rəsmi statistikanın üzərinə hansı vəzifələr düşür və bununla bağlı statistik informasiya təminatının təşkili üçün hansı tədbirlər görülür?
- İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən, 2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan 5 milli prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsidir. Bu məqsədlə son illər ölkəmizdə istilik effekti yaradan qaz emissiyasının normada saxlanılmasına, ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalına və çirklənmiş ərazilərin bərpasına, perspektiv iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə diqqət daha da artırılmışdır. Bununla da yüksəkkeyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanı üzrə məqsədlərin effektiv reallaşdırılmasına nail olunması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.
Qeyd olunanlar kontekstində ölkəmizdə həyata keçirilən işlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, eyni zamanda dünya liderlərinin iqlim dəyişikliyi sahəsindəki irəliləyişləri qiymətləndirmək və bununla bağlı mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəldikləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi xüsusi önəm daşıyır. Bütün bunlar ölkəmizin dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini xarakterizə etməklə yanaşı, Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir.
Yuxarıda göstərilən hər iki istiqamət üzrə, yəni "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-la bağlı Dövlət Statistika Komitəsinin üzərinə də bir sıra mühüm vəzifələr düşür və bunlar təbii ki, əsas etibarilə istifadəçilərin yeni göstəricilər üzrə və daha ətraflı rəsmi statistika məlumatlarına olan ehtiyaclarının vaxtında təmin olunması ilə bağlıdır. Bununla əlaqədar ötən qısa müddət ərzində tərəfimizdən kompleks tədbirlər həyata keçirilmiş, o cümlədən "yaşıl inkişaf"ı xarakterizə edən göstəricilər sistemi hazırlanaraq təsdiq edilmiş, məlumatların toplanılmasına başlanılmış, mövcud statistik nəşrlərə bəzi göstəricilər üzrə yeni məlumatlar əlavə edilmiş, ətraf mühitlə bağlı mediada yayılan açıqlamaların sayı artırılmış, beynəlxalq və yerli səviyyədə çoxsaylı sənədlərin, hesabatların, məruzələrin və sair hazırlanması məqsədilə daxil olmuş sorğular cavablandırılmış, məlumatlar aktuallaşdırılmış, dəqiqləşdirilmiş, yerli və xarici ekspertlərə davamlı dəstək göstərilmişdir və hazırda da bu işlər davam etdirilməkdədir. Qeyd olunanlardan əlavə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədinin (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS), habelə Azərbaycanın ilk İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasının əhəmiyyəti və təcililiyi nəzərə alınaraq təqdim olunmuş materiallara maksimum operativliklə baxılmış, şərhlər verilmiş, bir sıra hallarda məlumatların mövcudluğuna və əhatə dairəsinə dair müzakirələrin aparılması məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn görüşlər keçirilmişdir.
Bunlarla yanaşı, aidiyyəti üzrə beynəlxalq tədbirlərdə bu sahədə rəsmi statistikanın təşkili ilə bağlı Azərbaycanın təcrübəsi bölüşülmüş, işçi qruplarda komitə əməkdaşlarının aktiv iştirakı təmin olunmuşdur və s.
- Qeyd etdiniz ki, Dövlət Statistika Komitəsi tərəfindən "Yaşıl inkişaf" üzrə statistik göstəricilər sistemi"i hazırlanaraq təsdiq edilmişdir. Göstəricilər sistemi barədə daha ətraflı məlumat verə bilərsinizmi?
- "Yaşıl inkişaf" üzrə statistik göstəricilər sistemi"nin hazırlanmasında əsas məqsəd "yaşıl inkişaf"ı xarakterizə edən göstəricilərin əhatə dairəsinin müəyyən olunması və onun əsasında məlumatların hazırlanaraq istifadəçilərə təqdim edilməsidir. Bununla əlaqədar beynəlxalq metodologiyalar araşdırılmış, üstün təcrübələrə baxılmış, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodologiyası əsasında ümumilikdə 157 göstəricini əhatə edən "Yaşıl inkişaf" üzrə statistik göstəricilər sistemi" hazırlanmışdır. Göstəricilər 5 qrup üzrə - 35 göstəricidən ibarət ekoloji və resurs səmərəliliyi, 37 göstəricidən ibarət təbii aktivlər bazası, 20 göstəricidən ibarət həyat keyfiyyətinin ekoloji ölçüsü, 45 göstəricidən ibarət iqtisadi imkanlar və siyasət, 20 göstəricidən ibarət sosial-iqtisadi kontekst məsələləri üzrə təsnifləşdirilmişdir. 1-ci qrupa karbon və enerji səmərəliliyi, qeyri-enerji səmərəliliyi və ətraf mühitə uyğunlaşdırılmış çoxamilli səmərəlilik üzrə, 2-ci qrupa su, torpaq, meşə və vəhşi təbiət resursları üzrə, 3-cü qrupa ekoloji risk və iqlim dəyişmələri təhlükəsinə məruzqalma, həmçinin içməli su və kanalizasiya sistemlərinə çıxış imkanı üzrə, 4-cü qrupa texnologiya və innovasiya, beynəlxalq maliyyə axını, ekoloji vergi və transfer, tənzimləmə və idarəetmə üzrə, 5-ci qrupa isə sosial və iqtisadi kontekst üzrə göstəricilər daxildir. Sənəddə göstəricilərin ölçü vahidi, hesablanma metodologiyası, informasiya mənbəyi və məlumat təchizatçısı kimi çıxış edəcək icraçılar barədə məlumatlar əks etdirilmişdir. Bu göstəricilər üzrə məlumatlar rəsmi statistika hesabatlarına və ölkədə sosial, iqtisadi və ekoloji sahədə dövlət siyasətini həyata keçirən, inzibati məlumatlara malik müvafiq dövlət qurumlarının məlumatlarına əsaslanacaqdır. Göstəricilər sistemi hazırlanarkən onun layihəsi geniş müzakirə olunmuş, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəy və təklifləri də nəzərə alınmaqla komitənin 2024-cü il 14 avqust tarixli sərəncamı ilə təsdiq edilmişdir. Hazırda həmin göstəricilər üzrə məlumatların əldə edilməsi istiqamətində aktiv fəaliyyət həyata keçirilir və bununla əlaqədar aidiyyəti qurumlara müraciətlər edilmişdir.
Bildirim ki, bundan öncə də komitə ətraf mühitə dair göstəricilər toplusunu hazırlamış və aidiyyəti üzrə statistik məlumatların əldə edilməsinə, onların istifadəçilərə təqdim olunmasına nail olmuşdur. Belə ki, BMT-nin Avropa İqtisadi Komissiyasının "Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr"i əsasında "Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi" hazırlanmış, həmin sistem üzrə məlumatları özündə ehtiva edən cədvəllər tərtib olunaraq rəsmi internet səhifəmizin "Ekoloji İnformasiyanın Birgə Sisteminin baza göstəriciləri" adlı xüsusi bölməsində yerləşdirilmişdir. Bu gün istənilən istifadəçi ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi üçün həmin göstəricilər üzrə aktual məlumatları əldə edə bilər.
- Son zamanlar iqtisadiyyatın ətraf mühitə təsirinin azaldılması və bu kontekstdə rəqəmsal iqtisadiyyata keçid və onun ölçülməsi məsələləri geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Müasir dövrdə rəqəmsal texnologiyalar iqtisadiyyatda istehsalın (ehtiyat) və istehlakın (tələb) xarakterinə, sahələr arasında mal və xidmətlərin axınına ciddi təsir göstərmiş, iqtisadi səmərəliliyin yüksəlməsinə səbəb olmuş, yeni iqtisadi fəaliyyət növlərinin yaranmasına gətirib çıxarmaqla beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış statistik təsnifatlara və metodologiyalara yenidən baxılmasını şərtləndirmişdir. Bununla yanaşı, rəqəmsal transformasiya nəticəsində mal və xidmətlərə əlçatanlıq yüksəlmiş, ticarət əməliyyatlarının həyata keçirilməsi üçün yeni maliyyə və vasitəçi elektron platformalar yaranmışdır. Qeyd olunanlar iqtisadiyyatın İKT sahəsi ilə yanaşı, digər sahələrinin də sürətlə rəqəmsallaşmasını göstərir. Rəqəmsal texnologiyaların bütün sahələrə ciddi nüfuz etməsi, mürəkkəbliyi, məlumat mənbələrinin müxtəlifliyi, ölkələr üzrə inkişaf səviyyəsinin fərqli olması bu hadisə və proseslərin statistik cəhətdən ölçülməsi üçün spesifik yanaşma tələb edir və beynəlxalq standartların tətbiqini çətinləşdirir. Bundan başqa, son dövrlərdə məlumat ekosisteminin ətraf mühitə təsirinin statistik ölçülməsi ilə bağlı da ciddi tələbat yaranmış və bu kontekstdə gələcəkdə rəqəmsal iqtisadiyyatın, o cümlədən İKT avadanlıqlarının, məlumat emalı ilə məşğul olan məlumat mərkəzlərinin, hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin statistik ölçülməsi məsələlərini milli statistika qurumları üçün növbəti çağırış kimi qiymətləndirmək olar. Məlumat üçün qeyd edim ki, hesablamalara görə, yalnız son 3 ildə dünyada beynəlxalq sabit internet trafikinin həcmi 2,2 dəfə artmışdır, məlumat mərkəzlərinin elektrik enerjisindən istifadəsi isə növbəti 3 ildə 2,0 dəfə artacaqdır. Başqa sözlə, rəqəmsallaşma elektrik enerjisi istehlakını artırmaqla karbon emissiyalarının da artmasına səbəb olacaqdır, getdikcə ətraf mühitə atılan təhlükəli tullantı mənbələrindən birinə çevriləcəkdir.
Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Dövlət Statistika Komitəsi rəqəmsal iqtisadiyyatın ölçülməsi, xüsusilə İKT statistikasının təşkili ilə bağlı məsələlərə xüsusi önəm verir və təsadüfi deyil ki, 2024-cü ilin 23-24 sentyabr tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cenevrə şəhərində keçirilmiş və təşkilatçı qurumla yanaşı, BMT-nin Statistika Şöbəsi, İqtisadi və Sosial İşlər Departamenti, Ticarət və İnkişaf Konfransı, Avropa İqtisadi Komissiyası, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, dünyanın 80-dən çox ölkəsinin milli telekommunikasiya və statistika qurumlarının 150-dən çox nümayəndəsinin əyani şəkildə, 100-dən çox nümayəndəsinin isə onlayn qatıldığı 19-cu Ümumdünya Telekommunikasiya/İKT Göstəriciləri Simpoziumunda Dövlət Statistika Komitəsi İKT statistikasının beynəlxalq standartlara uyğun təşkili sahəsində uzunmüddətli və dayanıqlı fəaliyyətinə görə fərdi dəvət əsasında təmsil olunmuşdur. Simpoziumun İnkişaf Naminə İKT-nin ölçülməsi üzrə Əməkdaşlıq Proqramının 20 illik yubileyinə həsr olunmuş mərasimdə "Azərbaycanda İKT statistikası: əsas məqamlar və İnkişaf Naminə İKT-nin ölçülməsi üzrə Əməkdaşlıq" və İKT statistikasının maliyyələşdirilməsi məsələlərinə həsr olunan sessiyasında "İnkişaf naminə maraqlı tərəflərlə əməkdaşlıq: İKT statistikası kontekstində" mövzularında Azərbaycan təcrübəsi barədə təqdimatlar edilmişdir. İştirakçılara Azərbaycanda son 20 il ərzində İKT statistikasının təşkili və inkişafı, bu sahədə milli və beynəlxalq səviyyədə əməkdaşlığın rolu, beynəlxalq tövsiyələrə uyğun məlumatların əldə edilməsi məqsədilə hazırlanmış statistik müşahidələr, sorğu vərəqələri, statistik məcmuələr və əldə edilmiş rəsmi statistika məlumatlarının istifadəçilərə təqdim edilməsi ilə bağlı ətraflı məlumat verilmiş, eyni zamanda Azərbaycanın cari ildə evsahibliyi edəcəyi COP29 və növbəti ildə Bakıda keçirilməsi təsdiq edilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı yeni statistik məlumatlara tələbatın formalaşdığı diqqətə çatdırılmışdır.
- Dövlət Statistika Komitəsi ətraf mühit, "yaşıl inkişaf"la bağlı hansı rəsmi statistika məlumatları hazırlayır və onları istifadəçilərə necə çatdırır? Yeni göstəricilərdən hansılarının yayımına başlanılmışdır?
- Dövlət Statistika Komitəsi ətraf mühitə dair rəsmi statistik məlumatları ictimaiyyətə əsasən illik dövriliklə, "Azərbaycanda ətraf mühit" statistika məcmuəsi vasitəsilə təqdim edir. Həmin nəşrdə ölkəmizin torpaq, meşə və su ehtiyatı, torpağın və atmosfer havasının qorunması, ətraf mühitə atılan tullantılar, təbiəti mühafizəyə nəzarət və bu məqsədlə çəkilən xərclərə və s. dair məlumatlar mövcuddur. Bundan başqa, həmin məlumatların müxtəlif formatlarda "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS" statistik məlumatların elektron yayım sistemi vasitəsilə də istifadəçilərə təqdim edilməsi həyata keçirilir. Eyni zamanda spesifik istiqamətlər üzrə illik dövriliklə "Azərbaycan Respublikasında yaranan təhlükəli tullantılar", "Azərbaycan Respublikasında istehsalat və bərk məişət tullantıları" və "Təbii ehtiyatların mühafizəsi və istifadəsinə dair əsas göstəricilər" adlı statistik bülletenlər də nəşr olunur. Sadaladığım bütün nəşrlər, məlumatlar komitənin rəsmi internet səhifəsində yerləşdirilir və istənilən maraqlı şəxs rahatlıqla onlardan istifadə edə bilər.
Yeni göstəricilərə gəlincə, cari ildən nəqliyyat vasitələrinin iqlim dəyişikliyinə təsiri nəzərə alınaraq hibrid, elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı və onların texniki vəziyyətinə dair, ətraf mühitə daha çox təsir edən kimya və tikinti sənayesi məhsullarının istehsalı və s. rəsmi statistika məlumatlarının nəşri də təmin olunmuş, növbəti ildən isə əlavə olaraq ətraf mühit sahəsində məşğulluq, "plug-in" tipli nəqliyyat vasitələri və s. məlumatların da əldə edilməsi məqsədilə müvafiq rəsmi statistika hesabatlarına yenidən baxılmışdır.
Bunlarla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 2015-ci ildə təsdiq olunmuş "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsindəki Gündəlik"lə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd müəyyənləşdirilmişdir ki, onlardan da 13-cü Dayanıqlı İnkişaf Məqsədi (DİM), yəni "İqlim dəyişikliyinə qarşı mübarizə" adlı məqsəd iqlim dəyişikliyinə qarşı mübarizə və onun nəticələrinə adaptasiya ilə bağlı hədəfləri əhatə edir. Gündəlik üzrə "Təmiz su və sanitariya" (DİM 6), "Sərfəli və təmiz enerji" (DİM 7), "Dəniz ekosisteminin mühafizəsi" (DİM 14), "Torpaq ekosisteminin mühafizəsi" (DİM 15) kimi məqsədlər də ətraf mühitlə bağlıdır. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmanın monitorinqi üçün sözügedən göstəricilərlə bağlı statistik məlumatlar da komitə tərəfindən hazırlanır və illik dövrilikdə nəşr olunan "Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal" məcmuəsində əks olunur, eyni zamanda 2019-cu ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalında da yerləşdirilir.
- Yəqin ki, geniş mənada rəqəmsal statistika da rəqəmsal iqtisadiyyatın komponenti kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsi öz fəaliyyətində rəqəmsallaşma sahəsində hansı işləri görüb və qarşıda hansı vəzifələr durur?
- Son illər statistik istehsal proseslərinin rəqəmsallaşdırılması, rəqəmsal transformasiya kontekstində rəsmi statistikanın modernləşdirilməsi komitənin əsas vəzifələrindən birinə çevrilmişdir. Bu məqsədlə irihəcmli məlumatlardan (big data) istifadə, rəsmi statistika hesabatlarının elektron formada qəbulu, məlumatların yayım sisteminin təkmilləşdirilməsi, müxtəlif elektron platformaların hazırlanması, başqa sözlə, statistika məlumatlarının toplanmasında, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, artıq respondentlərin 97,0 faizi yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim edirlər və bu məqsədlə edilmiş onlayn müraciətlərin illik sayı təxminən 6,0 milyona yaxındır. Bundan başqa, məlumatların emalı, onların yoxlanması və nəticələrin əldə edilməsi üçün müxtəlif proqram təminatları tətbiq olunur. Məlumatların kağız formasında nəşri, demək olar ki, minimuma endirilmiş, yayım formatı genişləndirilmişdir.
Dövlət Statistika Komitəsi rəsmi statistika istehsalında informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, proseslərin rəqəmsallaşdırılması, statistik informasiya sisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra beynəlxalq təşkilatlarla, həmçinin qabaqcıl dünya ölkələrinin milli statistika xidmətləri ilə intensiv şəkildə əməkdaşlıq edir, müvafiq anlaşma memorandumları imzalayır. Bu kontekstdə, rəsmi statistikada İKT-nin tətbiqinə görə dünya liderlərindən olan Koreya Statistika Komitəsi ilə bağlanmış sazişi və Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı birgə həyata keçirilmiş layihəni və layihə çərçivəsində rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS" statistik məlumatların yayım sistemini, habelə inzibati məlumat mənbələrinin statistik məlumat bazalarına inteqrasiyası məqsədilə hazırlanaraq istifadəyə verilmiş "İnzibati Məlumatların İdarə Olunması Sistemi - ADİS" informasiya sistemini xüsusi olaraq qeyd etmək istərdim.
Qeyd olunanların nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Elektron Xidmətlərin Qiymətləndirilməsi" əsasında tərtib edilmiş sonuncu reytinqdə Komitə 28 qurum (o cümlədən 24-ü mərkəzi icra hakimiyyəti orqanı) arasında 79,37 faiz nəticə ilə ilk üçlükdə qərarlaşmışdır.
Rəsmi statistika sistemində rəqəmsal texnologiyanın tətbiqi ilə bağlı daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın icrası olaraq 2025-ci ildə keçiriləcək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması zamanı tətbiq olunacaqdır. Belə ki, ilk dəfə olaraq siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin komitənin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcəkdir. Eyni zamanda beynəlxalq tövsiyələr və qabaqcıl təcrübələr nəzərə alınaraq budəfəki siyahıyaalma planşet tipli kompüterlər vasitəsilə CAPI (Computer Assisted Personal Interviewing - kompüter vasitəsilə şəxsi müsahibə) üsulu ilə, yəni tamamilə kağızsız texnologiya əsasında keçiriləcəkdir.
Müsahibəni apardı:
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər