Mobil versiya
Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın - TƏKLİF
Tarix: 21-04-2026 | Saat: 11:30
Bölmə:Parlament / Manşet | çapa göndər

Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın -

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılması təklif olunur.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Elçin Mirzəbəyli deyib.

"Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir. Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir. Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026