Mobil versiya
Hikmət Hacıyev Qriqoryanla panel müzakirədə iştirak edəcək
Tarix: 21-04-2026 | Saat: 09:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hikmət Hacıyev Qriqoryanla panel müzakirədə iştirak edəcək

Aprelin 22-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanın Delfi şəhərində keçiriləcək İqtisadi Forumda iştirak edəcək.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, Armen Qriqoryan beynəlxalq tədbir çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə “Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlılığın artırılması” adlı panel müzakirəsində iştirak edəcək.

Müzakirələrə Yunanıstan baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekrieru də qatılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026