Mobil versiya
İlon Mask Trampa sərvət xərcləyib
Tarix: 17-10-2024 | Saat: 09:38
Bölmə:Dünya | çapa göndər

İlon Mask Trampa sərvət xərcləyib

Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Respublikaçı Tramp milyarder iş adamlarının dəstəyi ilə demokrat rəqibi Kamala Harrislə seçki ianələrindəki fərqi aradan qaldırmağa çalışır.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Federal Seçki Komissiyasının (FEC) hazırkı məlumatlarına görə, amerikalı milyarder İlon Mask iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib.

Dəfələrlə Trampa açıq dəstəyini ifadə edən və bu yaxınlarda Respublikaçı namizədin seçki mitinqinə qatılan Maskın yay dövründə Trampın ianələrinin artmasında mühüm rolu olub.

Digər tərəfdən, uzun müddətdir Trampın güclü tərəfdarı olan Miriam Adelson və Riçard Uihlein kimi Respublikaçılar Partiyasının tərəfdarlarının bu müddət ərzində Trampa ianələrini artırdığı qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024