Mobil versiya
Azərbaycandan çox İran bayraqları dalğalanırdı... - Video
Tarix: 18-10-2026 | Saat: 22:47
Bölmə:Ölkə | çapa göndər

Azərbaycandan çox İran bayraqları dalğalanırdı... - Video


Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran sakini və təşkilatın Avropa (Almaniya) fəallarından biri Ələmdar Bünyadov Berlində özü ilə eyni “məzhəb”ə qulluq edənləri bir araya gətirib.

“Qafqazinfo”nun məlumatına görə, cəm olan başı “əmmaməlilər” guya Azərbaycanda hicabın qadağan olunduğunu iddia edərək “vətənpərvər” mövqe sərgiləməyə çalışıblar.

Yürüş iştirakçıları hələ Berlin küçələrində üçrəngli bayrağımızı da qaldırıblar.

Amma görüntülərdə öz bayrağımızdan çox İranınkılar dalğalanır.

Əvvəla, Azərbaycanda hicab qadağan edilməyib. Məktəblərdə vahid forma tələbi ilə ölkə üzrə dini geyim qadağasını eyniləşdirmək hüquqi reallığı təhrif etməkdən başqa bir şey deyil.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsi ilə, din dövlətdən ayrılır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

O ki qaldı, məktəbli geyiminə, bununla bağlı qaydalar konkret təhsil mühitinə aiddir.

Onları ölkənin bütün ictimai həyatına şamil etmək hüquqi və məntiqi baxımdan fərqli məsələləri bir-birinə qarışdırmaqdır.

Ancaq əsas sual başqadır: Azərbaycanın daxili məsələsinə həsr olunan aksiyada İran bayrağı nə gəzir?

Azərbaycan himni səslənir, bayrağı qaldırılır, amma kadrda İran bayrağı da dalğalanır.

Bu, özlüyündə iştirakçıların hansısa dövlətin tapşırığı ilə hərəkət etdiyini sübut etməsə də, aksiyanın siyasi məzmunu barədə əsaslı sualların yaranmasına səbəb olur.

Əgər məqsəd Azərbaycanın təhsil siyasətini tənqid etməkdirsə, bunu Azərbaycan cəmiyyətinin reallıqlarını, qanunvericiliyi və mövcud qaydaları dəqiq nümunələr misal çəkərək də etmək olar. Bəs niyə belə bir mövzu İran bayraqları ilə müşayiət olunur? Niyə Azərbaycanın daxili işi başqa bir dövlətin siyasi və ideoloji simvolları ilə eyni masaya servis edilir?

İranın özündə dini hakimiyyətin dövlət idarəçiliyindəki rolu, dini normaların siyasi qərarlara təsiri və qadınların geyimi ətrafındakı mübahisələr uzun illərdir beynəlxalq müzakirə mövzusudur.

Belə olan halda, onun bayrağını guya dini azadlıq şüarı ilə keçirilən aksiyada nümayiş etdirmək isə ayrı bir siyasi paradoks yaradır.

Bir də ki, əgər o marş həqiqətən də vətənpərvərlik üçün səslənirsə, başqa ölkənin bayrağı bu mənzərəyə hansı töhfəni verir?

Belə çıxır ki, bəziləri Azərbaycan haqqında danışarkən onun bayrağını götürür, siyasi istiqaməti müəyyənləşdirəndə isə başqa bayrağa, ölkəyə arxalanmağı seçir?

Müsəlman Birliyi Hərəkatının adı və onun bəzi fəallarının İranla münasibətləri barədə müzakirələr Azərbaycanda yeni deyil. Təşkilatların hansı ideoloji mövqeləri müdafiə etdiyini, hansı siyasi simvolları önə çıxardığını və Azərbaycanla bağlı məsələləri hansı formada beynəlxalq auditoriyaya çatdırdığını araşdırmaq vacibdir.

Görünür, Ələmdar bəy Berlində “vətənpərvərlik” nümayişinə çıxarkən rekvizitləri qarışıq salıb: himn Azərbaycandan, bayraqlar İrandan... Məkan Avropa... Sponsorun yerinə bir sual sual işarəsi...

Amma məlum deyil, bu tamaşada Ələmdar bəy əsas qəhrəmandır, başqasının ssenarisinə oynayan epizodik sima, yoxsa, marionetka?







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-10-2026