Ukrayna Azərbaycanla işləyir -  Zelenski AÇIQLADI
Tarix: 12-09-2024 | Saat: 17:11
Bölmə:Dünya | çapa göndər
 
Krım tatarları da daxil olmaqla, ukraynalı siyasi məhbusların azadlığa buraxılması ilə bağlı Rusiya ilə danışıqlar çətindir.
aia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Krım Platformasının dördüncü sammiti iştirakçılarının mətbuat konfransında deyib.
Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarını Rusiyaya təzyiq göstərməyə çağırıb ki, əsirlərin mübadiləsi "hamının hamıya" düsturuna uyğun baş versin və təkcə hərbi əsirlər deyil, həm də siyasi məhbuslar azad edilsin: "Hərbi əsirlərin mübadiləsi var, çünki biz hərbi əsirləri hərbi əsirlərlə dəyişdirə bilərik".
Onun sözlərinə görə, bununla bağlı Ukrayna BƏƏ, Qətər, Türkiyə, Azərbaycan və müsəlman dünyasında böyük nümayəndəliyə və böyük nüfuza malik olan ölkələrlə işləyir.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   