Mobil versiya
İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin - Pezeşkian
Tarix: 11-09-2024 | Saat: 17:48
Bölmə:Karusel / Dünya | çapa göndər

İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin -

İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.

aia.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian İraqa səfəri zamanı bildirib.

Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.

İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.

İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacib olması ilə razılaşdığını bildirib. O, iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024