Mobil versiya
Fransanın yeni DİN-i Azərbaycanın “qara siyahısı”ndadır
Tarix: 07-12-2016 | Saat: 14:31
Bölmə:Siyasət / Karusel | çapa göndər




Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır.

Bunu Report-un sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-leqal səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir.

“Qanun qanundur və hamıya da eyni cür şamil olunur” , - deyə XİN-in mətbuat katibi bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024