Mobil versiya
Rioda etiraz aksiyası polis ilə qarşıdurmaya çevrildi
Tarix: 7-12-2016, 12:57 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rioda etiraz aksiyası polis ilə qarşıdurmaya çevrildi

Rio-de-Janeyronun polisi büdcə vəsaitinin qənaətinə dair hakimiyyətin planlarına qarşı çıxan yüzlərlə insana qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Etiraz aksiyasının iştirakçılarının əksəriyyəti dövlət qulluqçularıdır.

Etiraz aksiyasının iştirakçıları büdcə xərclərinin ixtisarına dair müzakirələrin aparılacağı Milli Assambleyanın binasının qarşısına gəliblər.

BBC müxbirinin Rio-de-Janeyrodan verdiyi xəbər görə, bir neçə polis şəhərin kolonila kilsələrində gizlənərək etiraz aksiyasının iştirakçılarına rezin güllələrlə atəş açıblar.

Yerli KİV-in məlumatına görə, qarşıdurma nəticəsində səkkiz polis yüngül xəsarət alıb, dövlət qulluqçularından biri gözyaşardıcı qazdan zərər çəkib.

Bir çox şəhər mağazaları aksiya öncəsi bağlanıb, bir çox dövlət işçiləri üçün iş günü qısaldılıb.

Braziliya hakimiyyəti 5 milyard dollardan artıq olan Rio-de-Janeyro ştatının büdcə çatışmazlığını azaltmaq məqsədilə sosial proqramları ixtisar etməyə və pensiyaların azaldılmasını, eləcə də ictimai nəqliyyatda gediş haqqının bahalaşdırılmasını planlaşdırır.



5419 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930