Ana Sayfa > Gündəm / Karusel > Rioda etiraz aksiyası polis ilə qarşıdurmaya çevrildi
Rioda etiraz aksiyası polis ilə qarşıdurmaya çevrildi7-12-2016, 12:57. Yazar: admin |
Rio-de-Janeyronun polisi büdcə vəsaitinin qənaətinə dair hakimiyyətin planlarına qarşı çıxan yüzlərlə insana qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etiraz aksiyasının iştirakçılarının əksəriyyəti dövlət qulluqçularıdır. Etiraz aksiyasının iştirakçıları büdcə xərclərinin ixtisarına dair müzakirələrin aparılacağı Milli Assambleyanın binasının qarşısına gəliblər. BBC müxbirinin Rio-de-Janeyrodan verdiyi xəbər görə, bir neçə polis şəhərin kolonila kilsələrində gizlənərək etiraz aksiyasının iştirakçılarına rezin güllələrlə atəş açıblar. Yerli KİV-in məlumatına görə, qarşıdurma nəticəsində səkkiz polis yüngül xəsarət alıb, dövlət qulluqçularından biri gözyaşardıcı qazdan zərər çəkib. Bir çox şəhər mağazaları aksiya öncəsi bağlanıb, bir çox dövlət işçiləri üçün iş günü qısaldılıb. Braziliya hakimiyyəti 5 milyard dollardan artıq olan Rio-de-Janeyro ştatının büdcə çatışmazlığını azaltmaq məqsədilə sosial proqramları ixtisar etməyə və pensiyaların azaldılmasını, eləcə də ictimai nəqliyyatda gediş haqqının bahalaşdırılmasını planlaşdırır. Geri dön |