Mobil versiya
“Xətai” stansiyasına gedəcək sərnişinlərin nəzərinə
Tarix: 06-12-2016 | Saat: 16:40
Bölmə:Gündəm / Karusel | çapa göndər



Sabahdan, dekabrın 7-dən etibarən Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bakı Metropliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır:

“Xətai” stansiyasına gedəcək sərnişinlər ”Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər”.

“Bakı Metropoliteni” QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!

Qeyd edək ki, 2-ci yol “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024