Ana Sayfa > Gündəm / Karusel > “Xətai” stansiyasına gedəcək sərnişinlərin nəzərinə
“Xətai” stansiyasına gedəcək sərnişinlərin nəzərinə6-12-2016, 16:40. Yazar: admin |
Sabahdan, dekabrın 7-dən etibarən Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bakı Metropliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır: “Xətai” stansiyasına gedəcək sərnişinlər ”Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər”. “Bakı Metropoliteni” QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir! Qeyd edək ki, 2-ci yol “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır. Geri dön |