Selçuk Bayraktar Türkiyədə bu siyahıya liderlik edir
Tarix: 28-08-2024 | Saat: 13:44
Bölmə:Manşet / Dünya | çapa göndər
Türkiyədə 2023-cü ildə dövlətə ən çox vergi ödəyən şəxslərin siyahısı açıqlanıb.
aia.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar siyahıya başçılıq edir. İkinci yerdə sözügedən şirkətin baş direktoru Haluk Bayraktar, üçüncü yerdə isə “Koç Holdinq” İdarə Heyətinin sədri Mustafa Rahmi Koç qərarlaşıb.
Gəlirlər İdarəsinin məlumatına görə, Türkiyədə ötən il ərzində ümumilikdə 4 milyon 541 min 644 vergi ödəyicisi tərəfindən illik vergi bəyannaməsi təqdim edilib. Həmin bəyannamələr əsasında 205 milyard 531 milyon 271 min 153 TL gəlir vergisi hesablanıb.
Qeyd edək ki, 44 yaşlı Selçuk Bayraktar “Forbes”un bu ilin aprel ayında yayımladığı “Dünyanın ən zəngin adamları” siyahısında 24-cü yerdə qərarlaşıb. Belə ki, sərvəti 1,2 milyard dollar olaraq dəyərləndirilib. Onun qardaşı, 45 yaşlı Haluk Bayraktarın sərvəti isə 1,1 milyard dollardır.
Bundan başqa, 93 yaşlı Mustafa Rahmi Koç 2,7 milyard dollar sərvətə sahibdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024