Mobil versiya
"Avrasiyada meymunçiçəyi xəstəliyinin yayılma riski azdır" - Federal Xidmət
Tarix: 26-08-2024 | Saat: 17:51
Bölmə:Dünya | çapa göndər

"Avrasiyada meymunçiçəyi xəstəliyinin yayılma riski azdır" -

Avrasiya regionunda meymunçiçəyi xəstəliyinin yayılma riski aşağı qiymətləndirilir.

aia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") mətbuat xidməti Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin əhalisinin sanitar-epidemioloji rifahı sahəsində səlahiyyətli orqanların rəhbərləri şurasının iclasının yekunlarına dair məlumatında deyilir.

"İclasda ÜST-nin meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməsi ilə bağlı vəziyyət məsələsinə baxılıb, Şura üzvlərinin fikrincə, Aİİ-yə üzv olan Tacikistan və Özbəkistanda xəstəliyinin yayılma riski aşağı qiymətləndirilir", - məlumatda deyilir.

Qeyd olunub ki, iclasda Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan nümayəndələr iştirak ediblər. Bundan əlavə, Tacikistan və Özbəkistandan nümayəndələr iştirak üçün dəvət olunub.

İştirakçılar epidemiyaya qarşı həyata keçirilən tədbirləri də müzakirə ediblər. İclasda Avrasiya regionunun bütün ölkələri tərəfindən sərhəddə sanitar və karantin nəzarəti tədbirlərinin gücləndirildiyi bildirilib.

Qeyd edək ki, meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun simptomları ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır. Xəstəlik adətən 14 ilə 21 gün arasında davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024