Mobil versiya
Fələstin hakimiyyəti danışıqlarda iştirakdan imtina edib
Tarix: 23-08-2024 | Saat: 09:30
Bölmə:Dünya | çapa göndər

Fələstin hakimiyyəti danışıqlarda iştirakdan imtina edib

Fələstin administrasiyası İsrail və HƏMAS arasında danışıqlarda iştirak etmək niyyətində deyil.

aia.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Fələstin lideri Mahmud Abbasın beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi Riyad əl-Maliki deyib.

Onun sözlərinə görə, Fələstin münaqişə tərəflərindən biri deyil. HƏMAS və İsrail arasında atəşkəs məsələsində dövlət nümayəndələri də iştirak etməyəcək.

Abbasın xüsusi nümayəndəsi əlavə edib ki, münaqişənin həllindən sonra həyatın necə qurulacağı müzakirə olunarsa, Fələstin hökuməti danışıqların əsas iştirakçısına çevriləcək. Xüsusilə Rəfah keçid məntəqəsini kimin idarə edəcəyi, eləcə də Qəzzanın yenidən qurulması müzakirə edilir.

Bundan əvvəl Riyad əl-Maliki İsrailin İordan çayının qərb sahilində mümkün genişmiqyaslı əməliyyatı keçirəcəyini açıqlamışdı.

2023-cü ilin oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024