Xalq artisti: “Bu gün efirə köynəksiz çıxıb, əxlaqsız ifadələr işlətmək olar”
Tarix: 22-08-2024 | Saat: 16:42
Bölmə:Şou-biznes | çapa göndər
"Mən 18 yaşından efirlərdəyəm. Musiqi kollektivləri ilə televiziyada çıxışlarımız olurdu. Verilişlərə çıxanda bizi yoxlayurdular, çünki bizə milyonlarla insan baxırdı. Hər birimiz bu milyonlar üçün nümunə idik - həm geyimimizdə, həm davranışımızda, həm də hərəkətimizdə. Amma bu gün zamanə dəyişib, efirə köynəksiz də çıxmaq olar, efirdə əxlaqsız ifadələr də işlətmək olar. Bunlar cəmiyyətə mənfi təsirini göstərməyə bilməz. Mütləq göstərir. Artıq yeniyetmələrin danışığında onların sözlərində xoşagəlməyən ifadələr eşidə bilirsiniz".
AİA.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi qonaq olduğu "YouTube"da yayımlanan "Otaq 9" layihəsində deyib.
Sənətçi bildirib ki, həm televiziyada, həm də "TikTok"da əxlaqsızlıq təbliğ olunur:
"Televiziyada və kinoteatrlarda göstərilən filmlərin hamısında ölüm, qan, zorakılıq, müharibə var. Bəs həyat, sevgi, məhəbbət, dostluq? Mən sovet dövrünün fimləri üçün çox darıxıram. Çünki o ekran əsərlərində insan, humanizm çox geniş şəkildə təbliğ olunub. Amma biz Amerika filmlərinə baxdığımızda insanların bir-birini öldürməsini, qanların axmasını, cinayətin törədildiyini görürük. Bundan başqa, sosial şəbəkələrdə xoş olmayan məqamları müşahidə edirik. Baxın görün "TikTok"da nə dərəcə də əxlaqsızlıq var. Biz axı Azərbaycan millətiyik, tərbiyəmiz, mədəniyyətimiz var. Mədəniyyətimiz, əxlaqımız çox nümunəvidir. Biz isə bu nümunəvi mədəniyyəti və əxlaqı itirməyə başlayırıq".
Kərimi bir sıra sənətçilərə verilən fəxri adlardan narazı olduğunu dilə gətirib:
"Sənətə gələn hər insana fəxri adın verilməsi məsələsinə qəti narazılığım var. Bu gün fəxri adlar düzgün verilmir və təqdim olunmur. Konservatoriyada çalışan bir çox musiqiçilər var ki, onların fəxri adların təqdimatını mən vermişəm. Onların həqiqətən də Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələri var. Mən onlar üçün məktublar yazırdım, müraciət edirdim. Onlar da məni eşidirdilər. Təqdim etdiyim insanlara fəxri adlar verilirdi. O insanları isə dəyərləndirməyi bacarmaq lazımdır. Əgər zəhməti yoxdursa və nəyəsə görə ona fəxri ad verilirsə, hesab edirəm ki, bu mədəniyyətə böyük hörmətsizlikdir. Mən ad çəkmək istəmirəm. Amma bir sıra insanlar var ki, onların fəxri ad almalarına narazıyam. Bu gün də onlara öz narazılığımı bildirirəm. Fəxri ad inkişafa aparan zəhmətə, ölkəyə verilən mənəvi varlığa, düzgünlüyə görə verilməlidir. Mən tək deyiləm və mənim fikrimdə çox böyük cəmiyyət var. Onlar da mənim kimi düşünürlər. Sadəcə biz çox abırlı millətik".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024