Artıq telefonlarınızla belə qara dəlikləri tapa bilərsiniz
Tarix: 22-08-2024 | Saat: 07:16
Bölmə:Dünya | çapa göndər
Araşdırmalara görə, qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq mümkün ola bilər.
aia.az lent.az-a istinadən xəbər verir ki, qara dəliklərin axtarışı üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq hazırlanıb.
Bu tətbiqdən istifadə edərək istənilən şəxs kainatın müşahidəsi prosesində alimlərə yardımçı ola bilər. Dutch Black Hole Consortium layihəsinin alimləri tərəfindən yaradılmış "Black Hole Finder" tətbiqi həm smartfonlarda, həm də veb sayt şəklində aktivdir. Qeyd edilmiş qısa təlimatdan sonra istifadəçi Çilinin şimalında yerləşən "BlackGEM" adlı teleskop vasitəsilə əldə edilmiş fotoları müşahidə edə biləcək. Qeyd etmək lazımdır ki, sözügedən teleskop kilonova adlı kosmik partlayışların axtarışı ilə məşğuldur.
Kilonova qara dəlik ilə neytron ulduzunun toqquşması nəticəsində baş verir. Bu iki kosmik obyektin toqquşması nəticəsində qısamüddətli elektromaqnit şüalanması əmələ gəlir. Əmələ gələn elektromaqnit şüalanması bəzən ulduz kütləli qara dəliyin formalaşmasına da təkan verə bilir. Kilonova partlayışları adi nova partlayışlarından 1000 dəfə daha parlaq olsalar da, onlar supernova partlayışlarının parlaqlıqlarının 1/10-1/100 hissəsinə sahibdirlər.
Kilonovaların çox qısa müddət ərzində mövcud olmalarını nəzərə alsaq, bu, onların aşkar edilməsində çətinliklər yaradır. Dəqiq şəkildə təyin edilmiş hər bir kilonova alimlərə yenicə formalaşmış qara dəliyin yerləşdiyi yerin müşahidəsi imkanını verir.
Lakin nəzərə alsaq ki, Dutch Black Hole Consortium layihəsində 40 nəfər alim iştirak edir və analiz edilməli olan minlərlə foto var, onlar kilonovaların axtarışı prosesinə adi insanları cəlb etməyi qərara alıblar. Teleskop vasitəsilə əldə edilmiş fotoların bəziləri əsl partlayış mənbələrini sərgilədikləri halda, bəziləri isə saxta mənbələri əks etdirirlər.
Süni zəka filtrinin saxta partlayış mənbələrini əsl mənbələrdən ayıra bildiyinə baxmayaraq filtr bütün saxta mənbələri əhatə edə bilmir. Alimlərin sözlərinə əsasən insanlar hələ də bu mövzuda qanunauyğunluqları süni zəkadan daha yaxşı təyin edirlər.
İstənilən şəxs öz növbəsində mobil tətbiqdən istifadə edərək süni zəka alqoritmini əsl partlayış mənbələrini saxta mənbələrdən ayıra bilməkdə təlimatlandıra bilər. Mobil tətbiqi yükləyib ona daxil olandan sonra istifadəçiyə 3 ədəd ağ-qara foto təqdim edilir.
Birinci foto teleskop tərəfindən əldə edilmiş yeni foto, ikinci foto birinci fotonun əhatə etdiyi kosmik sahəni əks etdirən foto, üçüncü foto isə ilk iki foto arasındakı fərqi əks etdirən üst-üstə yerləşdirilmiş fotodur. Əsl kilonova mənbəyi bir sıra açar detallarla xarakterizə olunur. İlk növbədə onlar dairəvi və olduqca ağ rənglidirlər. Onların diametrləri isə təqribi olaraq 5-10 piksel təşkil edir.
Yeni və istinad fotoları müqayisə edən zaman hər bir kilonovanın parlaqlığı hər bir fotoda fərqlənə bilər. Məsələn partlayış mənbəsinin parlaqlığı aşağı düşə və ya daha yüksək ola, tamamilə yoxa çıxa və yenidən görünə bilər. Saxta partlayış mənbələrini aşkar etmək elə də çətin deyil. Onlar kilonovalar kimi dairəvi formaya sahib deyillər və 5-10 piksel diametr diapazonuna daxil olmurlar.
Bununla yanaşı saxta mənbələr adətən bir qədər uzunsov və ya təhrif edilmiş görünürlər. Hər bir fotonun analizindən sonra istifadəçilər potensial kilonovanın əsl və ya saxta olduğunu təyin edə bilərlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024