Azərbaycanlı iş adamı oğlu tərəfindən QƏTLƏ YETİRİLDİ
Tarix: 21-08-2024 | Saat: 16:11
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın Moskva vilayətinin Reutov şəhərində yeniyetmə səhvən atasını güllələyib.
aia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi yayıb.
Məlumata görə, hadisə atıcılıq poliqonunda baş verib.
Yeniyetmə tirdə atəş açarkən atası təhlükəsiz olmayan zonaya keçib və güllə ona dəyib. Kişi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başladılıb.
“APA” sözügedən şəxsin Emin Quliyev adlı 43 yaşlı azərbaycanlı iş adamı olduğunu yazıb.
Qeyd olunub ki, ötən gecə Emin Quliyev 17 yaşlı oğulluğu Dənizlə birlikdə “Streletski” atıcılıq və idman mərkəzinə gedib.
“Tiqr” karabinini götürüb atıcılıq məşqlərinin keçirildiyi otağa girən Emin özü atış edib və daha sonra karabini Dənizə verib.
O, oğulluğunun şəklini telefonu ilə çəkmək üçün qabağa çıxıb. Bu zaman ögey atasını görməyən Dəniz atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.
Tirin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təqdim etsə də, ona və oğulluğuna heç bir göstəriş verilməyib.
İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.
Faktla bağlı Tir (atıcılıq poliqonu) inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024