Mobil versiya
"Ermənilər bizdən başqa heç kimə lazım deyil" - Lukaşenko
Tarix: 20-08-2024 | Saat: 11:12
Bölmə:Karusel / Dünya | çapa göndər

"Ermənilər bizdən başqa heç kimə lazım deyil" - Lukaşenko

"Bəzi postsovet ölkələri Rusiyadan sadəcə “nəyisə almaq” istəyirlər, bunun əvəzində heç nə vermirlər".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Lukaşenko vurğulayıb ki, Minsk Rusiya ilə müttəfiqlik münasibətlərini gizlətmir: "Rusiya və Belarus faktiki olaraq eyni qayıqdadır, əgər bu qayıq aşarsa, ikimiz də boğularaq. Biz bəzi postsovet dövlətlərimiz kimi təlaşa başlamırıq: onlar Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər".

Belarus lideri erməni siyasətini şərh edərkən deyib: Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq".

Ağarza Elçinoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024