Mobil versiya
"Ola bilsin ki, bu, israilli girovları geri qaytarmaq üçün son şansdır"
Tarix: 19-08-2024 | Saat: 13:23
Bölmə:Dünya | çapa göndər

"Ola bilsin ki, bu, israilli girovları geri qaytarmaq üçün son şansdır"

"Bu gün İsrail dörd tərəfdən terrorla əhatələnib. Lakin buna baxmayaraq inanırıq ki, vasitəçilərin dəstəyi ilə danışıqlarda irəliləyişə nail ola biləcəyik".

Bunu İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşündə İsrail prezidenti İsxak Hersoq bildirib. O deyib ki, hazırda bölgədəki humanitar böhranın həlli və girovların geri qaytarılması hökumətin bir nömrəli prioritetidir.

"Bu, həlledici məqamdır - girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq və özümüzü sülh və təhlükəsizliyə aparan yola başlamaq üçün bəlkə də ən yaxşı və son şansımızdır", - Blinken deyib.

O qeyd edib ki, tərəfləri sülhə aparacaq yol bilavasitə danışıqlardan keçir.

İsrail prezident ölkəsinə göstərilən dəstək üçün rəsmi Vaşinqtona təşəkkür edib:

"ABŞ-nin təşəbbüsü ilə bölgənin maraqlarının etibarlı müdafiəsi üçün effektiv koalisiya formalaşdırılıb. Bunda əsas məqsəd Yaxın Şərq regionunda hərtərəfli və dayanıqlı sülhə nail olmaq və İran təhlükəsinə qarşı qorunmaqdan ibarətdir. Bir məsələ hər kəsə aydın olmalıdır ki, İsrailə hücum və bizim özünümüdafiə hüququmuza heç bir kənar qüvvə qarışa və ölkəmizə nəyisə diktə edə bilməz".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024