Mobil versiya
Ərdoğan şəxsən izlədi: "Akınçı" bu terrorçuları məhv etdi
Tarix: 19-08-2024 | Saat: 10:58
Bölmə:Dünya / Manşet | çapa göndər

Ərdoğan şəxsən izlədi:


Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalından Türkiyənin Şırnak şəhərinin Uludere rayonuna keçən terrorçuları zərərsizləşdirib.

aia.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” məlumat yayıb.

Qeyd olunub ki, terrorçuların sərhədi keçməsi barədə məlumat əldə olunandan sonra müvafiq tədbirlər görülməyə başlanılıb.

Belə ki, “Akınçı” PUA-ları havaya qalxıb. PUA-lar vasitəsilə terorrçular anbaan izlənilib. Daha sonra Şırnak rayonu Jandarm idarəsinin də iştirakı ilə əməliyyat keçirilib. İki saat davam edən atışma nəticəsində 2 terrorçu öldürülüb. Daha 2 terrorçu isə bir neçə saat sonra bombardmanla məhv edilib. Terrorçuların xüsusi təlim keçmiş müxtəlif şəxslərə sui-qəsd hazırlayan qruplaşma olduğu bildirilir.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyata şəxsən nəzarət edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024