Qusar seçiciləri YAP-ın namizədinə səs verəcək -Foto
Tarix: 15-08-2024 | Saat: 18:46
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu Gedəzeyxur və İmamqulukənd kəndlərində seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, ölkəmizin inkişafına təkan verən islahatlar Azərbaycan xalqının YAP-a inam və etibarını daha da möhkəmləndirir.
Tədbirdə çıxış edən deputatlığa namizəd A.Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, ölkəmizin inkişafında və milli həmrəyliyimizin möhkəmlənməsində multikultural siyasət böyük rol oynayıb: “Artıq Azərbaycan bütün dünyada özünü tolerant dövlət kimi təsdiq edib. Bu gün dünyada tolerantlıq və multukulturalizmlə bağlı mövzuda yetərincə problemlər var. Milli, dini zəmində münaqişələr davam edir. Belə bir vəziyyətdə dünyada multikultural siyasətin təbliğ olunması və ölkələrdə multikultural ənənələrin yaradılması vacibdir. Azərbaycan bu baxımdan dünya üçün nümunədir”.
A.Badamov sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı deyib: “YAP bu seçkilərə hazırdır və uğurlu seçki kampaniyası keçirir. İnanıram ki, partiyamız bu dəfə də seçki kampaniyasını uğurla başa vuracaq. Bunun üçün bütün imkanlar, resurslar səfərbər olunub”.
Çıxışının sonunda deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Ağabala Ağabalayev, kənd ağdaqqalı Pirnəzər Məhsimov, Yaşar Sanayev, Abubəkir Qədimov, Səbzulla Kəlbəliyev və digərləri çıxış ediblər.
Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ