Gəncə seçiciləri uğurların davamına səs verəcəklər  -Fotolar
Tarix: 15-08-2024 | Saat: 18:09
Bölmə:Parlament | çapa göndər
 
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıran YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər ilk dəfə olaraq respublikamızın tam suveren ərazilərini əhatə edəcək.
Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə isə qeyd edib ki, növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ən böyük mühüm hadisələrdəndir. Namizəd, həmçinin ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasının uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynadığını xüsusi ilə qeyd edib.
Xalqımızın bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mühüm nailiyyətlər əldə edəcəyinə əminlik ifadə edən təşviqat qrupunun üzvləri isə çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Pərvin Kərimzadə Aprel döyüşlərinin şəhidi, kapitan İnqilab Quliyevin ailəsini də ziyarət edib.
   
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   