Mobil versiya
ÜST həyəcan təbili çalır: Meymunçiçəyi virusu sürətlə yayılır
Tarix: 15-08-2024 | Saat: 09:39
Bölmə:Manşet / Dünya | çapa göndər

ÜST həyəcan təbili çalır:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada meymunçiçəyi epidemiyasını qlobal fövqəladə vəziyyət elan edib. 2022-2023-cü illərdə qlobal meymunçiçəyi epidemiyası baş verib, lakin indiki epidemiya daha təhlükəli bir ştama səbəb olub.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni epidemiya 450 nəfərin öldüyü Konqo Demokratik Respublikasında yayılan virusla başlayıb, sonra isə mərkəzi və şərqi Afrikaya yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus, bu ilin birinci yarısında yoluxmaların sayının ötən ilin bütün hadisələrinin sayını keçdiyini açıqlayıb və o, ÜST-nin fövqəladə hallar komitəsinin tövsiyəsi ilə yeni epidemiyanı “ictimai” elan edib.

"Bu epidemiyanı dayandırmaq və insanları xilas etmək üçün beynəlxalq ictimaiyyətin koordinasiyalı reaksiyasına ehtiyacımız var", - deyə Baş direktor həyəcan təbili çalıb.

Meymunçiçəyi çox yoluxucu viral xəstəlikdir, virus insandan insana birbaşa dəri ilə təmasda və ya tənəffüs damcıları ilə ötürülür.

Xəstəlik qripə bənzər əlamətlərlə, həmçinin dəridə səpgilər və qabarcıqlarla müşayiət olunur və orta hesabla yüz hadisədən dörddə ölümlə nəticələnir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024