Mobil versiya
Soltan Məmmədov seçicilərlə görüşüb - FOTOLAR
Tarix: 14-08-2024 | Saat: 17:59
Bölmə:Manşet / Seçki 2024 / Siyasət | çapa göndər

Soltan Məmmədov seçicilərlə görüşüb

12 saylı Xəzər birinci seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Soltan Məmmədov seçki kampaniyasına start verib.

aia.az Trend-ə istinadən xəbər verir ki, təbliğat-təşviqat işləri çərçivəsində Mərdəkan, Şağan və Buzovna qəsəbələrində seçicilərlə görüşlər keçirilir, namizədin seçki platforması ətrafında fikir mübadiləsi aparılır.

Artıq Mərdəkan seçiciləri ilə qəsəbədəki Mədəniyyət sarayında, Şağan sakinləri ilə isə yerli Mədəniyyət Mərkəzində görüşlər keçirilib. Bundan əlavə, S.Məmmədov və komanda üzvləri şəhid və qazi ailələri ilə sıx təmasdadır. S.Məmmədov Mərdəkanda Aprel döyüşlərinin şəhidi Kamran Şirəliyevin və Vətən müharibəsi qazisi Vüsal Abbasovun evlərində olub, ailə üzvləri ilə görüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024