Ana Sayfa > Manşet / Seçki 2024 / Siyasət > Soltan Məmmədov seçicilərlə görüşüb

Soltan Məmmədov seçicilərlə görüşüb


14-08-2024, 17:59. Yazar: sevinc1
Soltan Məmmədov seçicilərlə görüşüb

12 saylı Xəzər birinci seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Soltan Məmmədov seçki kampaniyasına start verib.

aia.az Trend-ə istinadən xəbər verir ki, təbliğat-təşviqat işləri çərçivəsində Mərdəkan, Şağan və Buzovna qəsəbələrində seçicilərlə görüşlər keçirilir, namizədin seçki platforması ətrafında fikir mübadiləsi aparılır.

Artıq Mərdəkan seçiciləri ilə qəsəbədəki Mədəniyyət sarayında, Şağan sakinləri ilə isə yerli Mədəniyyət Mərkəzində görüşlər keçirilib. Bundan əlavə, S.Məmmədov və komanda üzvləri şəhid və qazi ailələri ilə sıx təmasdadır. S.Məmmədov Mərdəkanda Aprel döyüşlərinin şəhidi Kamran Şirəliyevin və Vətən müharibəsi qazisi Vüsal Abbasovun evlərində olub, ailə üzvləri ilə görüşüb.

aia.az
Geri dön