Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs olundu  
Tarix: 13-08-2024 | Saat: 15:44
Bölmə:Manşet / Gündəm | çapa göndər
 
Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib.
aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.
Ətraflı
Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   
 30-10-2025
	
17:17 Suriya Kosovonu tanıdı   