Mobil versiya
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır
Tarix: 28-09-2026 | Saat: 15:37
Bölmə:Siyasət | çapa göndər

İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır

Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə günümüzün  bu reallığı xüsusi qeyd edildi ki, xarici kapital artıq yalnız neft-qaz sektoruna deyil, iqtisadiyyatın yeni və strateji sahələrinə yönəlir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında vurğuladı ki, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərdən biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.

Dövlətimizin başçısı onu da bildirdi ki, bərpaolunan enerji resursları dedikdə mən təkcə hasilatı deyil, ötürücülük və akkumulyasiya imkanlarını nəzərdə tuturam. Bizim artıq 250 meqavatlıq ehtiyatımız var, lakin bu, sadəcə başlanğıcdır. Biz elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilmək istəyirik. Neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ilə yanaşı,  ixrac etdiyimiz məhsulları nəzərdə tuturam,  ölkəmiz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biridir. Elektrik enerjisinin, xüsusilə də Avropanın premium enerji bazarlarına ixracı isə enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.

Ölkəmizin bu üstünlüyünü də qeyd edək ki, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzidir. Azərbaycan Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Müasir avtomobil yolları, dəmir yolları, Xəzər dənizindəki liman infrastrukturu və hava əlaqələri qitələrarası yükdaşımaların və ticarət bağlantılarının genişlənməsini təmin edir. “İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər.

Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Qeyd etdiyimiz kimi, hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün mühüm addımlar atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.
Cənab İlham Əliyev bildirdi ki, bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək  hər iki istiqamətdə,  həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında,  daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə  qonşularımızla fəal əməkdaşlıq prosesindəyik. Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik: “Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi - bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq”.

Göründüyü kimi, investisiya cəlbediciliyinin qorunması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Dövrün tələblərinə uyğun olaraq bu istiqamətdə mühüm addımlar atılır.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026