Mobil versiya
Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? - General AÇIQLADI
Tarix: 12-08-2024 | Saat: 23:36
Bölmə:Dünya / Karusel | çapa göndər

Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? -

Ukrayna Prezidenti Volodimir Zelenski qərargahın iclasını keçirib.

aia.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat verib.

İclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksandr Sırski cəbhədəki vəziyyət və Kursk vilayətində “hərbi əməliyyatlar” barədə məruzə təqdim edib.

“Bütün əsgərlərə və komandirlərə mətanət və qətiyyətli hərəkətlərinə görə minnətdarıq. Daxili işlər nazirinə və digər məsul şəxslərə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamağı tapşırıblar”, - Zelenski qeyd edib.

Sırskinin verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir.

“Biz Kursk vilayətində hücum əməliyyatlarını davam etdiririk. Hazırda biz Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik”, - o qeyd edib.

Zelenski bildirib ki, o, Müdafiə Nazirliyinə və diplomatlara tərəfdaşlardan Ukrayna ərazisini qorumaq üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə almağı tapşırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinə əlavə qüvvələrin köçürüldüyünü açıqlayıb.

Xatırladaq ki, Kursk əməliyyatı avqustun 6-da başlayıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024