ABŞ hərbçilərini Ermənistana yerləşdirir - VİDEO
Tarix: 12-08-2024 | Saat: 23:28
Bölmə:Manşet / Dünya | çapa göndər
Avqustun 2 və 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Ermənistanın Zvartnots hava limanına enib.
aia.az "Caliber"ə istinadən xəbər verir ki, “Boeing C-17” hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib.
Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə diqqət çəkməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları, həmçinin Postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqazlı görünüşlü şəxslərdir.
Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
ABŞ-nin Ermənistandakı səfirliyi Zəngəzura amerikan hərbçilərinin yeridilməsi ilə bağlı məlumatı cavablandırmağa tələsərək “Birləşmiş Ştatlar və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş 2024” təlimi iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib” deyə bildirmişdi.
Lakin "Eagle Partner 2024" iyulun 15-dən 24-dək Ermənistanda baş tutub. Amma avqustun əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Ermənistana gəlib. Yəni, səfirlik tamamilə mövzudan kənar reaksiya verib.
Ətraflı videomaterialda:
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı